USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə noyabrın 2-dək dayandırılıb

19.10.2020 İqtisadiyyat
0 0
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, 19 oktyabr tarixdən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Bu səbəbdən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə əlavə yerləşdirmə noyabrın 2-dək dayandırılıb.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən verilən məlumata görə, müsabiqənin elektron sənəd qəbulu mərhələsində faktiki yaşayış yerini və əlaqə nömrəsini düzgün qeyd etməmiş namizədlərin müraciətləri nəzərə alınaraq elektron ərizələrində dəyişiklik etmək imkanı yaradılacaqdır. Faktiki yaşayış yerini və əlaqə nömrəsini düzgün qeyd etməmiş namizədlər məlumatları aşağıdakı şəkildə İnsan resursları mərkəzinin elektron poçt ünvanına ([email protected]) göndərməlidirlər:

1. Ad, soyad, ata adı

2. Şəxsiyyəti təsdiq edən sənədin surəti

3. Fin kod

4. Əlaqə nömrəsi

5. Faktiki yaşadığı ünvan (şəhər/rayon, küçə və s.)

Müraciət üçün son tarix 22 oktyabr saat 23:59-dur.

  • Əvvəlki

    “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır” - İlham Əliyev

Digər xəbərlər