USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda etiraz aksiyası keçirilir - VİDEO

01.12.2020 İqtisadiyyat
0 0
Bakının Xətai rayonu Gəncə prospekti 30 ünvanında sözügedən ərazinin sakinləri tərəfindən etiraz aksiyası keçirilir.

"Kommersant.az" xəbər verir ki, məhəllə sakinləri həyətdəki ağacları kəsərək hündürmərtəbəli bina tikmək istəyən "Qaya Tikinti İnşaat" MTK-dan şikayətlərini dilə gətirir, buna görə də ölkə başçısı İlham Əliyev və birinci vitse prezident Mehriban Əliyevadan yardım istəyirlər. Sakinlərin sözlərinə görə, dörd bir tərəfi bina və məktəblə əhatə olunmuş ərazidə aparılan tikinti qanuna ziddir. Bu inşaatın 269 saylı məktəbin ərazisinə düşməsi isə məktəbli uşaqların həyatı üçün ciddi təhlükə yaradır. Buna görə də bina sakinləri ölkə rəhbərliyindən sözügedən ərazidə şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün parkın salınmasını xahiş edir. Eyni zamanda məhəllə sakinləri Qarabağın işğaldan azad olunması münasibətilə yenidən qurulan şəhərlərimizə yüksək məbləğdə vəsaitin tələb olduğunu bildikləri üçün dövlətimizə yük düşməsin deyə sözügedən ərazidə parkın inşasını öz üzərilərinə götürürlər.

Bina sakinlərinin öz şəxsi hesabına saldığı bağ sahəsindəki 150-ə yaxın şam və meyvə ağaclarını kəsən MTK əməkdaşları bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırıldığını bildirib.

Daha ətraflı video materialda:

  • Əvvəlki

    Ermənilər rus KİV-ə danışdı: Azərbaycan əsgərləri zombi kimi...

Digər xəbərlər