USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL: Öncədən satılan biletlərin hər biri geri qaytarılacaq

18.03.2020 İqtisadiyyat
0 0
“Koronavirus infeksiyasının yayılması nəticəsində yaranmış vəziyyətlə bağlı bilet satışları dayandırılıb. Öncədən satılmış biletlərin hər biri geri qaytarılacaq. Onların qiymətləri, xərcləri alan sərnişinlərə geri ödəniləcək”.

"Kommersant.az" "Report" istinadən xəbər verir ki, bu sözləri ATV-nin efirində "ATV Aktual" verilişində qonaq olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Uçuşların təşkili üzrə vitse-prezidenti İlham Əmirov deyib.

"Bu gün kassaların qarşısında sıxlıq yaşanır. Sərnişinlərə tövsiyə edərdim ki, bileti olan şəxslər biletlərini onlayn şəkildə geri qaytarsınlar. Həmin sərnişinləri bir çoxu biletləri onlayn əldə ediblər. İndi də həmin qaydada evdə oturaraq, onlayn şəkildə biletləri geri qaytarıb xərclərini geri götürə bilərlər. Belə olan halda həm evdə olarlar, həm də kassaların qarşısında sıxlıq yaranmaz", – deyə İ.Əmirov qeyd edib.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılması səbəbilə AZAL bir sıra istiqamətlərdə uçuşları müvəqqəti olaraq dayandırıb.

  • Əvvəlki

    Hazırda banklarda dollar satışının şərtləri - SİYAHI

Digər xəbərlər