USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Elmlər Akademiyası” metrosunun hasarlanmasının səbəbi açıqlandı - FOTO

21.01.2021 İqtisadiyyat
0 0
Metronun "Elmlər Akademiyası" stansiyasında bərpa işləri aparılır.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, işlərin artıq ilkin mərhələsinə start verilib:

"Metronun "Elmlər Akademiyası" stansiyası üzərində yerləşən binanın fasadında bərpa işləri aparılır. Stansiyanın ətrafı hasarlanıb, bu, piyadaların təhlükəsizliyi üçün edilib".

B.Məmmədov əlavə edib ki, qarşıdakı müddətdə Nazirlər Kabineti yanında Operativ Qərargah metroda sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar verərsə, stansiyadan sərnişinlərin istifadə etməsi və təhlükəsiz daxil olub-çıxması üçün müvafiq şərait yaradılacaq.

  • Əvvəlki

    Qarabağın bəzi ərazilərinə avtobus reysləri açılır

Digər xəbərlər