USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda icbari avtomobil sığortası üzrə yığımlar azalıb

27.01.2021 İqtisadiyyat
0 0
2020-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 93 293.5 min manat sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu müddətdə eyni sığorta növü üzrə 56 578.7 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 7.1%, ödənişləri isə 16% azalıb.

Hesabata əsasən, 2020-ci ilin yanvar-dekabr ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 36 875.9 min manat sığorta haqqı yığılıb, 13 039.4 min manat ödəniş edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 1.6% artım, ödənişlərdə isə 0.3% azalma qeydə alınıb.

  • Əvvəlki

    Azərbaycandakı “McDonalds”lar üçün çörək Gürcüstandan gətiriləcək

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0