USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən bahalı avtomobili satışa çıxarılacaq

20.08.2018 İqtisadiyyat
0 0
Şirkəti dünyanın ən bahalı avtomobilini satışa çıxarmağa hazırlaşır

"Kommersant.az" xəbər verir ki "Pagani Zonda HP Bachetta" adlı modeldən cəmi 3 ədəd istehsal olunacaq və 17,5 milyon dollara satışa çıxarılacaq.

Avtomobil 789 at gücünə, 6.0 litrlik ikiqat turbo V12 motoruna və 6 ötürücülü mexanika sürət qutusuna sahib olacaq. İdman avtomobili 100 km/saat sürəti 3,1 saniyədə yığacaq. Maksimum sürəti isə 335 km/saat olacaq.

Qeyd edək ki, hazırda dünyanın ən bahalı avtomobili ötən il satışa çıxarılan "Rolls-Royce Sweptail" avtomobilidir. Avtomobilin qiyməti 13 milyon dollardır.

(c) Banker