USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koroğlu metrosunda avtobusların dayanacağı dəyişdi

15.11.2018 İqtisadiyyat
0 0
Bakı Nəqliyyat Agentliyi (BNA) HUB-lar konsepsiyasına uyğun olaraq Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparacaq.

Məlumata görə, məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır:

"Təmir müddətində Mərkəzin fasiləsiz fəaliyyətini təmin etmək üçün ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni "Koroğlu" metrostansiyasının piramidalı çıxışının arxasında toplanacaq. Artıq qeyd edilən ərazidə hərəkətin təhlükəsizliyi üçün müvafiq şəraitin yaradılmasına başlanılıb", - deyə məlumatda vurğulanıb.

report

  • Əvvəlki

    Neft hasilatlmız 1% belə artmayıb - HESABAT

Digər xəbərlər