Almaniya iqtisadiyyatı 2018-ci ilin ilk rübündə rüblük müqayisədə 0.3 faiz artıb. Bu, proqnoza bərabərdir.
"Kommersant.Az" xəbər verir ki, Almaniyada ümumi daxili məhsul (ÜDM), həmin dövrdə illik müqayisədə 1.6 faizartaraq 1.6%-lik proqnozu ödəyib.
İstehlak rüblük müqayisədə 0.4 faiz artıb, dövlət xərcləri 0.5 faiz düşüb. Kapital qoyuluşları isə 1.7 faiz artıb.
Avropanın ən böyük iqtisadiyyatında idxal ilin ilk rübündə 1.1 faiz, ixrac isə 1.0 faiz azalıb. Hər ikisi üçün də proqnoz 0.5 faiz azalma olacağı istiqamətində idi.