USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya Bankı: Azərbaycanda kənd təsərrüfatının kreditləşməsində problemlər var

24.05.2018 Bank
0 0
"Azərbaycanda aqrar sektora verilən kreditlərin 85-90%-i Bakının payına düşür".

"Kommersant.Az" xəbər verir ki, bunu Dünya Bankının mütəxəssisi Rufiz Çıraqzadə bildirib.

"Azərbaycanda kənd təsərrüfatı sahəsində maliyyə resurslarına çıxışla bağlı problemlər var. Ölkədə bu sahədə kreditləşmənin ümumi daxili məhsulda payı kiçikdir. Ölkədə uzumüddətli maliyyələşdirmə tələblər yüksəkdir", - o deyib.

Bundan başqa, Dünya Bankı rəsmisinin sözlərinə görə, bu sahədə maliyyə məhsullarının çeşidi də azdır: "Yeni maliyyə məhsullarının tətbiqinə ehtiyac var. Kənd təsərrüfatı Dünya Bankının Azərbaycana dəstəyində prioritet sahə olaraq qalır. Hazırda Azərbaycanda icra olunan proqramlar da sektorun səmərəliliyinin, rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə yönəlmiş layihələrdir".