Beynəlxalq birjalarında Avropada siyasi risklərin yenidən artması, avronun ucuzlaşmasına səbəb olub. Dolların bahalaşması, qızılı da ucuzlaşdırır.
"Kommersant.az" xəbər verir ki, Avropa parlamentində komissiya sədrliyinə namizəd fonunda razılığın uzanması, institusional böhranın artmasına işarədir. Bu dünya birjalarında dollara olan tələbin də yenidən artmasına səbəb olub.
Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1300$-a kimi ucuzlaşa bilər. Əlvan metallar bazarlarında da qızılda ucuzlaşma müşahidə edilir və bir unsiya üzrə qiymət 1375$-a kimi dəyər itirə bilər.