Sanksiyalar müharibə səbəbi ola bilər - ABŞ-RUSİYA

07.08.2018 Maliyyə
Ekspertlər Rusiyaya qarşı sanksiyaları dəyərləndirib.

“Kommersant.az” xəbər verir ki, ötən günlərdə ABŞ konqresində Rusiya əleyhinə hazırlandığı bildirilən qanun layihəsi müzakirəyə çıxarılıb. Layihədə tam olaraq nə kimi tədbirlərin yer aldığı hələ ki, bəlli olmasa da, vəziyyətin Rusiya iqtisadiyyatına əhəmiyyətli təsiri olacağı şübhəsizdir.

Bəzi söyləntilərə görə, ABŞ bu tədbirlər planını tətbiq etməklə Rusiyanı İran və Şimali Koreya ilə eyni yerə qoyacaq və ölkə ilə bütün beynəlxalq əməliyyatları dayandırmağa çalışacaq. Rusiya ekspertləri məsələyə münasibətdə ABŞ-ın belə bir qərar qəbul etməsini Rusiyaya müharibə elan olunması demək olduğunu bildiriblər.

Ekspertlər hazırda Trumpın belə addım atacağına inanmadıqlarını sözlərinə əlavə ediblər.