USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Polşa Almaniyadan 900 milyard dollar - TƏLƏB EDİR

08.04.2019 İqtisadiyyat
0 0
Almaniya hələ də II Dünya Müharibəsinə görə ayrı-ayrı dövlətlərdən, xalqlardan üzr istəyir, o hadisələrə görə kompensasiya ödəyir. Polşa da Avropa nəhəngindən pul gözləyir.

"Kommersant.az" xəbər verir ki, bu dəfə Almaniyadan 900 milyard dollar tələb edirlər. Polşa seyminin deputatı, kompensasiyaların qiymətləndirilməsi üzrə parlament qrupunun üzvü Yanuş Şevçak ölkə telekanallarından birinə açıqlamasında bu haqda danışıb. Millət vəkili rəsmi Varşavanın son 30 ildə bu mövzunu yaxına buraxmamasını rüsvayçılıq adlandırıb. Şevçak deyib ki, Almaniya bərpa xərcləri üçün 900 milyard dolları hazırlamalıdır.

Əvvəllər Almaniya Federativ Respublikası buna münasibətini bildirmişdi. Almanlar Polşaya yetərincə kompensasiya ödədiklərini söyləmişdi. Üstəlik, rəsmi Varşavanın 1953-cü ildəki imtinasını xatırlatmışdılar.

Keçən ilin oktyabrında Almaniya hakimiyyət nümayəndəsi Şteffen Zaybert bildirmişdi ki, Polşa hökumətinin mövqeyi dəyişməyib.

  • Əvvəlki

    Problemli kreditlərə kompensasiyaların verilməsinə görə 3 təklif - EKSPERT RƏYİ

Digər xəbərlər