USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın yeni vitse-prezidenti Klinton olacaq - ŞOK İDDİA

17.02.2020 İqtisadiyyat
0 0
ABŞ-ın sabiq dövlət katibi və keçmiş birinci xanım Hillari Klinton vitse-prezidentliyə namizəd ola bilər.

Məlumata görə, Klinton Maykl Blumberq ilə tandemdə seçkilərə qatıla bilər. "Drudge Report"un mənbələrinə görə, anketlər belə bir tandemin noyabrdakı prezident seçkilərində qalib gəlmək üçün şansı olduğunu göstərir.

"Kommersant.az" xəbər verir ki, Maykl Blumberqin seçki qərargahındakı ictimaiyyətlə əlaqələr şöbəsi iddianı nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, Hillari Klinton 2016-cı ildə Donald Trampın əsas rəqibi olmuşdu. Bu zaman Blumberq Klintona dəstəyini nümayiş etdirərək xalqı beynəlxalq təcrübəyə sahib olan bacarıqlı insan seçməyə çağırmışdı.

Erkən ümumxalq səsvermələrinə görə, 14,2% səsi olan Maykl Blumberq namizədlər arasında populyarlıq baxımından üçüncü yerdədir. Yarışın lideri Berni Sanders 23,6% ilə reytinqi 19,2% olan Co Baydeni geridə qoyur.

Hazırda ABŞ-ın vitse-prezidenti vəzifəsini Mayk Pens icra edir.

  • Əvvəlki

    Tahir Kərimli ölümlə hədələnir: “Mənə deyirlər ki..."

Digər xəbərlər