USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstandan jurnalistlərə qadağa

18.03.2020 İqtisadiyyat
0 0
Gürcüstanın hökumət Administrasiyası koronavirusun mümkün yayılmasının qarşısını almaq məqsədilə jurnalistlərlə yeni iş rejiminə keçib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.

O deyib ki, bundan sonra jurnalistlər administrasiya binasında təşkil olunan mətbuat kornfransları və brifinqlərə buraxılmayacaqlar.

İ.Çikovani qeyd edib ki, Gürcüstanın Birinci kanalı mətbuat konfransı və brifinqləri canlı yayımlayacaq.

Qeyd edək ki, qonşu ölkədə koronavirusa 38 yoluxma halı təsdiqlənib. Karantində 1 261, stasionar nəzarətdə isə 216 nəfər saxlanılır.

Report

  • Əvvəlki

    Bu şəxslər üçün kommunal və rabitə xərcləri limiti artırılır - Nazirlikdən şad xəbər

Digər xəbərlər