USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tbilisidəki teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

17.04.2020 İqtisadiyyat
0 0
Aprelin 16-da Gürcüstanın paytaxtı Tbilisi şəhərinin ən hündür parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

"Kommersant.az" xəbər verir ki, teleqüllənin işıqlandırılması koronavirusla mübarizədə həmrəylik mesajı məqsədi daşıyır.

Tbilisidə ən hündür parkda - Mtatsminda parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.

Qeyd edək ki, daha öncə Türkiyənin Ankara şəhərində yerləşən "Ataküle" qülləsində də Azərbaycan bayrağı nümayiş olunmuşdu. Onu da əlavə edək ki, Heydər Əliyev Mərkəzi də müvafiq olaraq Türkiyə və Gürcüstana eyni şəkildə dəstək olub.

  • Əvvəlki

    Oqtay Şirəliyev şöbə müdirini işdən çıxardı

Digər xəbərlər