USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabiq prezidentə 20 il həbs

10.07.2020 İqtisadiyyat
0 0
Cənubi Koreyanın sabiq prezidenti Pak Kın He korrupsiya səbəbindən 20 il müddətinə azadlıqdan məhrum edilib.

"Kommersant.az" xarici mətbuata istinadən xəbər verir ki, bundan başqa o, 20 milyard von (təxminən 28 milyon manat) məbləğində cərimələnib.

Qeyd edək ki, Pak Kın He 2016-cı ildə 34 millət vəkilinin səsi ilə impiçmenti təklif edilib. 2017-ci ilin martın 10-da isə Konstitusiya Məhkəməsinin qərarı ilə vəzifəsindən tam olaraq azad edilib.