USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin və Rusiyanın ticarət dövriyyəsi 6% azalıb

14.07.2020 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyun aylarında Çin və Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 49,1 milyard ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 5,6% azdır.

TASS xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə Çinin Rusiyaya ixracının dəyəri 6% azalaraq 20,9 milyard ABŞ dollarına, Çinin Rusiyadan idxalının dəyəri isə 5,3% azalaraq 28,2 milyard ABŞ dollarına düşüb.

Beləliklə, Çinin Rusiya ilə xarici ticarət döviryyəsinin müsbət saldosu 7,3 milyard ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 2,9% azdır.

Təkcə iyun ayında isə Çin və Rusiya 8,2 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Çindən Rusiyaya ixracın dəyəri ötən ilin eyni ilə eyni səviyyədə (4 milyard ABŞ dolları) qalıb, Çinin Rusiyadan idxalının dəyəri isə illik müqayisədə 20% azalaraq 4,2 milyard ABŞ dollarına düşüb.

  • Əvvəlki

    Sərt karantin bölgələrində qəbul imtahanı keçiriləcək

Digər xəbərlər