USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

18.09.2020 İqtisadiyyat
0 0
ABŞ İrana qarşı sanksiyaları yenidən genişləndirib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranın "Advanced Persistent Threat 39" (APT 39) kiber hücum qrupuna, "Rana İntelligence Computing Company" adlı qurama şirkətinə və onun 45 nəfər əməkdaşına sanksiya tətbiq edib.

OFAC ilə Federal Təhqiqatlar Bürosunun birgə apardığı araşdırmalar zamanı məlum olub ki, "Rana" şirkəti uzun illərdir İran hökuməti tərəfindən iranlı dissidentlərə və jurnalistlərə, həmçinin əcnəbi turizm şirkətlərinə, habelə xarici ölkələrin hökumətlərinə qarşı təzyiq vasitəsi olaraq istifadə edilir. Şirkət 30-dan artıq ölkədə bir çox şirkəti və fərdi şəxsi hədəfə götürüb.

  • Əvvəlki

    İctimai nəqliyyat sistemi metrosuz necə işləyib?

Digər xəbərlər