Həbib "Qroznının fəxri vətəndaşı" oldu

12.10.2018 Dünya
Həbib Nurməhəmmədov "Qroznının fəxri vətəndaşı" elan edilib.

"Kommersant.az" xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırov idmançını eyni zamanda"Qroznı şəhərinin 200 illiyi" medalı ilə təltif edib. Əhməd Hacı Kadırov fondu adından isə Nurməhəmmədova avtomobil hədiyyə edilib:

"Həbib öz əməksevərliyi, sağlam həyat tərzi ilə milyonlarla gəncə nümunədir", - deyə R.Kadırov "Вконтакте" səhifəsində yazıb.

Həbibin atası Əbdülmanaf Nurməhəmmədova isə "Çeçenistan Respublikasının Əməkdar bədən tərbiyəsi işçisi" fəxri adı verilib.

Xatırladaq ki, 7 oktyabrda Həbib Nurməhəmmədov UFC çempionatında irlandiyalı Konor Makqreqora qalib gəlib. 2 gün əvvəl isə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.