Bank sektorundakı son vəziyyət açıqlandı - RƏQƏMLƏR

1 İyun 11:57 Bank
30 aprel 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27.7 mlrd. manat, cəmi öhdəlikləri isə 23.8 mlrd. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından "Kommersant.Az"a daxil olmuş məlumata görə, sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.8 mlrd. manat olub.

2018-ci ilin aprel ayı ərzində bank sektorunun aktivləri 0.9% (256 mln. manat), öhdəlikləri 1.1% (258 mln. manat) azalıb, kapitalı isə 0.04% (2 mln. manat) artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,467 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,503 nəfər təşkil edib. Aprel ayında bank sektorunda işçi sayı 0.7% və ya 114 nəfər artıb.

30 aprel 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.