Azərbaycan manatının real effektiv məzənnəsi artıb

6 İyun 14:26 Bank
Azərbaycan manatının real effektiv məzənnəsi bu il mayın 1-nə 92,2 faiz bəndi təşkil edib.

"Kommersant" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,8 faiz bəndi çoxdur.

İlin əvvəlinə nisbətən isə milli valyutanın real effektiv məzənnəsi 2,0 faiz bəndi, son 1 ildə isə 3,4 faiz bəndi azalıb.

Xatırladaq ki, Azərbaycan manatının real effektiv məzənnəsi 2000-ci ildən hesablanır. Onun minimum səviyyəsi 2004-cü ildə 74,2 faiz bəndi, maksimum səviyyəsi isə 2015-ci il fevralın 1-nə 153,1 faiz bəndi təşkil edib. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də 87 faiz bəndi olub.

Real effektiv məzənnə - manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.