Sabah yağış yağacaq - PROQNOZ

13 Oktyabr 14:37 Ekologiya
Azərbaycanda sabaha olan hava şəraiti açıqlanıb.

"Kommersant.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata istinadən xəbər verir ki, oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-15°, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 18-20° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraiti, əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 19-24° isti, dağlarda gecə 4-9°, gündüz 11-16° isti təşkil edəcək.

ETSN xəbərdarlıq edir ki, oktyabrın 15-16-da hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

  • Əvvəlki

    Britaniya yeni sanksiya siyahısı hazırlayır

Digər xəbərlər

22 Oktyabr 17:57 Ekologiya
Gecə hava necə olacaq? - EKOLOJİ PROQNOZ
0 0
22 Oktyabr 12:05 Ekologiya
Günün gündüz saatlarına olan - PROQNOZ
0 0
19 Oktyabr 14:46 Ekologiya
Hava kəskin dəyişəcək - PROQNOZ
0 0
19 Oktyabr 11:14 Ekologiya
Balıq ovladı, 400 manat cərimələndi
0 0
18 Oktyabr 17:34 Ekologiya
Havanın gecə temperaturu - AÇIQLANDI
0 0
18 Oktyabr 15:29 Ekologiya
Bu gün axşam hava necə olacaq? - PROQNOZ
0 0
16 Oktyabr 14:39 Ekologiya
Balıq ovlayan şəxs cərimələndi - MƏBLƏĞ
0 0
16 Oktyabr 11:41 Ekologiya
Ov etdiyinə görə 1000 manat cərimələndi
0 0
15 Oktyabr 12:50 Ekologiya
Cənub-şərq küləyi əsəcək - PROQNOZ
0 0