Leysan xarakterli yağış yağacaq

8 Noyabr 13:10 Ekologiya
Azərbaycanda noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Kommersant.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 9-da hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Nazirlik xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında arabir yağışlı hava şəraiti noyabrın 9-u gündüzədək davam edəcək. Gecə və səhər yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

  • Əvvəlki

    "Toshiba" maye qaz bazarından çıxır

Digər xəbərlər

19 Noyabr 20:10 Ekologiya
Sabah Bakının bu rayonlarında qaz olmayacaq
0 0
19 Noyabr 13:19 Ekologiya
Sabah yağış yağacaq
0 0
16 Noyabr 13:14 Ekologiya
Sabah Bakıya yağış yağacaq - HAVA PROQNOZU
0 0
15 Noyabr 13:39 Ekologiya
Sabah hava necə olacaq?
0 0
14 Noyabr 13:04 Ekologiya
Sabah şaxta olacaq
0 0
13 Noyabr 19:03 Ekologiya
Bu gecənin hava proqnozu açıqlandı
0 0
13 Noyabr 13:07 Ekologiya
Sabaha olan hava proqnozu
0 0