"Azərsu": Su-kanalizasiya xidmətinin qiyməti maya dəyərindən 2 dəfə aşağıdır

2 Sentyabr 12:40 İqtisadiyyat
"Azərsu" ASC aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyəti ilə məşğuldur, müntəzəm olaraq dövlətdən maddi yardım alır.

"Kommertsant.az" xəbər verir ki, bu barədə qurumun 2017-ci ilin yekunlarına dair maliyyə hesabatında qeyd olunub.
Sənəddə həmçinin deyilir ki, səhmdar cəmiyyətinin əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olub. Buna əsas səbəb Tarif (Qiymət) Şurasının müəyyən etdiyi tariflərin su-kanalizasiya xidmətlərinin maya dəyərindən aşağı olmasıdır.
Maliyyə Nazirliyinin apardığı 2017-ci il üçün gəlirlər və xərclər smetasının illik icrası üzrə monitorinqin nəticələrinə əsasən, 1 m3 su-kanalizasiya xidmətinin maya dəyəri 1,17 manat təşkil edir. "Azərsu"nun 2017-ci il üzrə müvafiq qanunvericiliyə uyğun hazırlanmış hesabatlarında 1 m3 su-kanalizasiya xidmətinin maya dəyəri 1,41 manat, orta satış qiyməti isə 0,74 manat olub. Hesabat ilində 1 m3 su-kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən 2 dəfəyə yaxın çox olub.
Rəhbərlik gələcəkdə pul vəsaitlərinin axınını təmin etmək məqsədilə yeni infrastruktur layihələrinin tikintisi, həmçinin, mövcud qurğuların təmiri ilə bağlı Master Plan işləyib hazırlayıb. Bu abunəçilərin sayını artırmaq, debitor borcları toplamaq, satış üzrə zərərləri azaltmağa imkan yaradacaq. Bundan əlavə, 13 may 2016-cı il tarixində Tarif (Qiymət) Şurası su-kanalizasiya xidmətləri üzrə müştərilərə tətbiq edilən satış tariflərinin artımını təsdiq edib. Bu yeni tariflər 16 may 2016-cı il tarixindən qüvvəyə minib. Nəticədə, hazırda tikilməkdə olan əsas layihələrin başa çatmasından sonra "Azərsu"nun maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaq. Qurum fəaliyyətini davam etdirmək və cari investisiya layihələrini başa çatdırmaq üçün dövlət maliyyələşmələrindən asılı vəziyyətdə qalmaqdadır.

  • Əvvəlki

    Tikintiyə icazə verilməsi və müfəssəl planın hazırlanması tələblərinə dəyişiklik edilib

Digər xəbərlər

19 Sentyabr 23:25 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
19 Sentyabr 22:38 İqtisadiyyat
Azərbaycan bal istehsalını artıracaq
0 0
19 Sentyabr 22:21 İqtisadiyyat
Azərbaycanda qızıl və gümüş bahalaşdı
0 0