Azərbaycan nefti ucuzlaşır

07.09.2018 İqtisadiyyat
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 77,9 dollar/barel təşkil edib ki, bu da çərşənbəyə olan göstəricidən 1,27 dollar/barel azdır.

"Kommersant.az" xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 77,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,28 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 6-da 74,5 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,24 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 6-da 75,59 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.

  • Əvvəlki

    İranda zəlzələ nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Digər xəbərlər

31.01.2019 İqtisadiyyat
Prezident bu təqaüdləri artırdı - FƏRMAN
1 0
31.01.2019 İqtisadiyyat
Azərbaycan qazın qiymətini qaldırıb
0 0
30.01.2019 İqtisadiyyat
Bu rüsumlar artırılır
0 0
28.01.2019 İqtisadiyyat
119 dövlət əmlakı hərraca çıxarıldı
0 0