Xaçmazın iki kəndinə təbii qaz verilib

17.05.2018 Energetika
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun Çaxçaxlı və Seyidlikəndyeri kəndlərinə təbii qaz verilib.

"Kommersant.Az" xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 57 abonenti olan Çaxçaxlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 321 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 4 137 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

148 abonenti olan Seyidlikəndyeri kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 885 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 8 775 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Turist və Dalğalı qəsəbələrində eləcə də Krasnı Xutor kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

  • Əvvəlki

    Azərbaycanda sosial evlərin seçimi yenidən təşkil olunacaq

Digər xəbərlər

19.01.2019 Energetika
Neftimiz bahalaşdı
0 0
18.01.2019 Energetika
Neft birjalarında qəfil dəyişiklik
0 0
17.01.2019 Energetika
Neftin bu günə olan qiyməti
0 0
16.01.2019 Energetika
Neft yenə ucuzlaşdı
0 0
15.01.2019 Energetika
700-dən çox neftçi təxliyə ediləcək
0 0
15.01.2019 Energetika
Neftin bu günə olan qiyməti
0 0
14.01.2019 Energetika
Neftin bu günə olan qiyməti
0 0
10.01.2019 Energetika
Azərbaycan nefti bahalaşdı
0 0