Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb
"Kommersant.Az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,15 dollar və ya 0,21% bahalaşaraq 71,64 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,25 dollar və ya 0,32% yüksələrək 79,55 dollar olub.