Neft bahalaşıb

05.10.2018 Energetika
Dünya birjalarında "Brent" markalı neftin qiyməti bahalaşıb.

"Kommersant.az" xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin 1 barelə görə qiyməti 0,48 dollar və ya 0,65% bahalaşaraq 74,81 dollar olub.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin 1 barelinin dəyəri də 0,41 dollar və ya 0,48% artaraq 84,99 dollar təşkil edib.