SOCAR-ın payı olan şirkət zərərdə

9 May 11:15 Energetika
"Ekol Mühəndislik Xidmətləri" QSC 2017-ci ili zərər ilə başa vurub

Ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən "Ekol Mühəndislik Xidmətləri" QSC 2017-ci ilə 1 milyon 151 min manat zərər ilə başa vurub. QSC 2016-cı ili 542 min manat xalis mənfəət ilə başa vurmuşdu.

"Kommersant.Az" QSC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisdə "Ekol Mühəndislik Xidmətləri"nin cəmi gəlirəri 13% ataraq 11 milyon 467 min manat təşkil edib. QSC 2016-cı ildə 10 milyon 153 min manat cəmi gəlir əldə etmişdi.

Ötən il "Ekol Mühəndislik Xidmətləri"nin cəmi xərcəri isə 25% artaraq 14 milyon 162 min manat təşkil edib. 2016-cı ildə QSC-nin cəmi xəcləri 11 milyon 355 min manat təşkil etmişdi.

Xərclər gəlirlərdən yüksək olduğundan QSC-nin 2 milyon 695 milyon manat əməliyyat zərəri yaranıb. "Birgə müəssisənin maliyyə nəticələrində pay" üzrə 1 milyon 586 min manat daxil olduğundan zərər 1 milyon 151 min manatadək azalıb.

"Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor "Lancer Services S.A." Şirkətinin (49%) pay iştirakı ilə bağlanmış 01.03.2006-cı il tarixli müqavilə əsasında təsis edilmiş, 17.04.2006-cı il tarixdə Qapalı Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formada hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.

Müəssisənin fəaliyyətinin əsas məqsədi Respublika hüdudlarından kənarda və Respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-notrmativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.

  • Əvvəlki

    Məzənnə 1.1765 dollara kimi düşə bilər

Digər xəbərlər

14 Sentyabr 10:26 Energetika
"Azəriqaz" abonetlərinin sayını açıqlayıb
0 0
13 Sentyabr 00:18 Energetika
Azərbaycan nefti bahalaşmaqda davam edir
0 0
12 Sentyabr 20:24 Energetika
"Brent" markalı neftin qiyməti 80 dolları ötüb
0 0
12 Sentyabr 00:30 Energetika
Azərbaycan nefti bahalaşıb
0 0
11 Sentyabr 13:52 Energetika
Daha bir qəsəbəyə təbii qaz verilib
0 0
11 Sentyabr 09:51 Energetika
Azərbaycan nefti bahalaşıb - SON QİYMƏT
0 0
10 Sentyabr 23:36 Energetika
Azərbaycan nefti cüzi ucuzlaşıb
0 0
10 Sentyabr 17:55 Energetika
5 gün qaz olmayacaq
0 0