"Qazprom" "Türk axını" çərçivəsində bu ölkələrə qaz tədarük edə bilər

22.11.2018 Energetika
Rusiyanın "Qazprom" şirkəti "Türk axını" layihəsi çərçivəsində Bolqarıstan, Macarıstan, Serbiya və Slovakiyaya qaz tədarük edə bilər.

"Kommersant" qəzeti şirkətin bu ölkələrdə yeni boru kəmərləri gücünün bronlaşdırılması prosedurunda iştirak etdiyini yazır.

Oktyabr və noyabrda Bolqarıstan, Serbiya, Macarıstan və Slovakiyanın qaz nəqli operatorlarının onların gələcək gücünün ("open season") bronlaşdırılması çərçivəsində dərc olunmuş materialları göstərir ki, "Türk axını"nın ikinci xətti ilə Avropaya tədarük marşrutu bu ölkələrdən keçəcək.

Müvafiq prosedur Avropa qanunvericiliyinə uyğundur və yeni qaz kəmərlərinin tikintisi üçün zəruridir.

"Qazprom"un təklif edilən bütün istehsal güclərini əldə etməyi planlaşdırdığı bildirilir.