Qızıl 2 dollar ucuzlaşdı

05.06.2018 Birja
Dünya bazarında qızılın bu saata olan qiymətində ucuzlaşma qeydə alınıb

“Kommersant” xəbər verir ki, qızıl 2,00 dollar və ya 0,15% ucuzlaşaraq 1,295 dollar olub.

Məlumata görə, gümüşün qiyməti də 0,02 dollar və ya 0,13% ucuzlaşaraq 16,41 dollar olub.

Pambığın dünya bazarındakı qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, pambığın 1 kiloqramının qiyməti 1,44 dollar və ya 1,58% ucuzlaşaraq 1,96 olub.