Bitcoin 300 dollar bahalaşdı - SON QİYMƏT

3 İyul 09:28 Birja
Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi bahalaşma qeydə alınıb

“Kommersant” xəbər verir ki, iyulun 3-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 95-i bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 322 dollar və ya 5,10% bahalaşaraq 6634 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 349 dollar və ya 5,55% bahalaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma WAX-da(41,75%), ən çox ucuzlaşma isə Status-da(1,25%) müşahidə olunub.