"Fitch" beynəlxalq reytinq agentliyi Rusiyanın yeni hökumətinin makroiqtisadi siyasət kursunu davam etdirəcəyini gözləyir".
"Kommersant.Az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu agentliyin suveren reytinqlər üzrə analitik qrupunun direktoru Erik Arispe deyib.
"Biz Rusiya iqtisadiyyatında sürprizlər görmürük, amma makroiqtisadi siyasətin və göstəricilərin yaxşılaşmasını gözləyirik. Hesab edirik ki, Vladimir Putinin 4-cü hakimiyyəti dövründə iqtisadi inkişaf üzrə istiqamət saxlanacaq", - deyə o qeyd edib