Ən varlı üçüncü adam ilə nahar üçün 3.3 milyon dollar ödəniş olunacaq

04.06.2018 Maliyyə
Dünyanın ən varlı üçüncü adamı Uorren Buffett ilə nahar etmək hərraca çıxarılıb. Ən yüksək qiyməti ödəməyi qəbul edən şəxsin cibindən 3.3 milyon dollar çıxacaqdır.

"Kommersant" xəbər verir ki, gəlir səviyyəsi aşağı olan insanlara yardım etmək üçün keçirilən bir hərracda Uorren Buffett ilə bir günorta yemək yeməyin qiyməti 3.3 milyon dollara qədər qalxıb.

"Glide" adlı təşkilat 2000-ci ildən bu yana Buffett ilə nahar etmək hərracı keçirir və son 18 ildə cəmi 29 milyon dollar pul toplanıb.

Buffett ilə yemək üçün ən çox ödənilən pul 2012 və 2016 illərindəki 3.46 milyon dollarlıq qiymətlərdir. Yemək Nyu-Yorkdakı "Smith&Wollensky" adlı ət restoranında baş verir.

Dünyanın ən varlı üçüncü adamı ilə yemək haqqını qazanan adamın yeddi yoldaşını da dəvət edəcəyi gözlənilir. (marja)