Tramp "Apple"ı təhdid etdi

2 İyul 19:20 Maliyyə
iPhone-ları istehsal edən şirkətdən böyük kompleks

ABŞ və Çin arasındakı ticarət gərginliyi, Trampın da yumşalması ilə birlikdə azalmağa başlayıb.

"Kommersant" xəbər verir ki, "Apple"ın ən böyük tədarükçüsü olan və "iPhone"ları istehsal edən Tayvanın texnologiya şirkəti "Foxconn", Amerika Birləşmiş Ştatlarındakı ilk kompleksinin təməlini qoyub. Beləcə, uzun bir müddətdir "Apple"a istehsal müəssisələrini ABŞ-a köçürmək məsələsində təzyiq göstərən Tramp məqsədinə çatmış olur.

Viskonsin ştatının cənub-şərq bölgəsində tikiləcək kompleksin 10 milyard dollara başa gələcəyi güman edilir. Bunun, Viskonsin tarixinin ən böyük iqtisadi inkişaf layihəsi olduğu bildirilib. Kompleksdə LCD ekran panelləri istehsal ediləcəyi açıqlanıb.

"Foxconn"un banisi Terry Gou, bu layihəni 11 ay əvvəl Trampla müzakirə etdiklərini və bu iş üçün ən uyğun bölgənin Viskonsin şatatı olacağını qərarlaşdırdıqlarını bildirib.

  • Əvvəlki

    Tanınmış jurnalist cinayət işindən səhiyyə işinə keçdi

Digər xəbərlər

19 İyul 13:15 Maliyyə
“Samsung” telefonları bahalaşdı
0 0
19 İyul 12:45 Maliyyə
ABŞ hökuməti sürücü axtarır
0 0
19 İyul 11:36 Maliyyə
Beynəlxalq Valyuta Fondundan xəbərdarlıq
0 0
18 İyul 16:51 Maliyyə
ƏDV artırılacaq
0 0