Azərbaycanda 42 milyondan çox pul “yeyilib” - RƏSMİ AÇIQLAMA

10 May 17:53 Maliyyə
2016- cı ilin dövlət büdcəsinin göstəriciləri ilə müqayisədə 10 bölmə üzrə artım, 4 bölmə üzrə isə azalma nəzərdə tutulur.

"Kommersant.Az" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017- ci il hesabatında qeyd olunub.

Qeyd edək ki, mütləq ifadədə ən böyük artımlar “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsində 2232,3 mln. manat, “Ümumi dövlət xidmətləri” bölməsində 703,9 mln. manat, “Təhsil” bölməsində 210,3 mln. manat, faiz ifadəsində isə “Yanacaq və enerji” bölməsində 2,3 dəfə, “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsində 82,3%, “Nəqliyyat və rabitə” bölməsində 63,8% gözlənilir. Ən çox azalmalar isə “İqtisadi fəaliyyət” bölməsi üzrə 547,5 mln. manat və ya 69,0%, “Sosial müdafiə və sosial təminat” bölməsində 154,8 mln. manat və ya 6,6%, “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsi üzrə 59,1 mln. manat və ya 3,8% və “Səhiyyə” bölməsində 6,1 mln. manat və ya 0,8% nəzərdə tutulur.

Bundan əlavə, Hesablama Palatasının nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib.
Ümumilikdə hesabat dövründə qurumlar tərəfindən 42 mln. 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib.

Hesablama Palatası bəyan edib ki, bu istiqamətdə qanunvericiliyin tələblərinin gücləndirilməsi ümumilikdə vəsaitin təyinatının dəyişdirilməsi hallarının azalmasına səbəb olub.

Bundan başqa, nəzarət tədbirlərinin nəticəsi olaraq Hesablama Palatası 26 qurum üzrə 92 halda 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı qənaətinə gəlib.

  • Əvvəlki

    Bakı Metropoliteni - Tender elanı

Digər xəbərlər

18 Sentyabr 15:49 Maliyyə
Valyuta hərracı başa çatıb - MƏZƏNNƏ
0 0
18 Sentyabr 13:51 Maliyyə
Bakıda HR forum keçirilib
0 0
13 Sentyabr 16:24 Maliyyə
Hərrac keçiriləcək - MƏBLƏĞ
0 0
13 Sentyabr 12:29 Maliyyə
Valyuta hərracı başşa çatdı - MƏZƏNNƏ
0 0
4 Sentyabr 12:47 Maliyyə
Valyuta hərracı başa çatdı - MƏZƏNNƏ
0 0