“Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb

03.12.2018 İKT
“Azərkosmos” ASC ixracdan əldə etdiyi gəlir açıqlayıb.

"Kommersant.az" ”İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin noyabr sayına istinadən xəbər verir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2018-ci ilin oktyabr ayında isə “Azərkosmos” ASC dünyanın 17 ölkəsinə 5,7 milyon ABŞ dolları dəyəri xidmət ixrac edib. 2018-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 22,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin 2018-ci ilin 10 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malaziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.