"Bank Avrasiya"nın səhmdarlarından biri dəyişdi

03.12.2018 Bank
Emin Bahadır oğlu Bağırov "Azbizneskom" MMC-nin direktoru təyin olunub. Bu şirkət "Bank Avrasiya" ASC-nin 3 səhmdarından biridir.

Qeyd edək ki, “Euro Standard” şirkəti (37,50%), “PMD Group” (37,50%) və “Azbizneskom” şirkəti (25%) "Bank Avrasiya"nın səhmdarlarıdır.

"Azbizneskom" MMC 2008-ci ildə yaradılıb. Onun təsisçisi və ilk direktoru Əşrəf Kamilovdur. Ə. Kamilov Azərbaycanın iki iri sənaye-investisiya qrupunun son nəzarətedici tərəfi, "AtaHolding" şirkətlər qrupunun Müşahidə Şurasının üzvüdür. O, daha bir neçə yerli şirkətin təsisçisidir.