"Azərcosmos"-un qazancı açıqlanıb

01.02.2019 İKT
“İxrac İcmalı”ndə həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci il ərzində “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 25,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

"Kommersant.az" xəbər verir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib. 2018-ci ilin dekabr ayında isə “Azərkosmos” ASC dünyanın 16 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyəri xidmət ixrac edib. 2017-ci illə müqayisədə 2018-ci ildə “Azərkosmos” ASC-nin xidmət ixracı 12 faiz artıb.

“Azərkosmos” ASC-nin 2018-ci il ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malaziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.