Saatla çimənlərin sayı azalıb

04.10.2018 İKT
"Apple Watch"un məşhur funksiyaları açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, ağıllı qacetin istifadəçiləri saatın ekranında videoya baxır, "Siri" vasitəsilə zəng edir və saatla hovuzda üzə bilirlər.

"Creative Strategies" agentliyinin ABŞ-da apardığı sorğuya əsasən məlum olub ki, "Apple Watch" istifadəçiləri daha çox bildirişləri yoxlayır (80%) və smartfonu cibindən çıxarmadan daxil olan zəngləri ertələyə bilir. "Apple Watch"un digər məşhur funksiyası isə fiziki aktivliyi yoxlamaqla bağlıdır (kalori itirmə, nəbz). Bu funksiyanın istifadəçiləri təqribən 70% təşkil edir.

Ağıllı saatın qeyri-məşhur funksiyaları isə qacetlə suda çimmək, "Siri"nin köməkliyi ilə "iPhone"dan zəng etmək və qacetdə video izləmək olub. Belə ki, həmin funksiyalardan yalnız 10-20% istifadəçi yararlanır.