Azərbaycanda ucuz yanacaq istehsal olunacaq - VİDEO

27.11.2018 Sənaye
Azərbaycanda yüksək oktanlı yanacaqların istehsalı ilə bağlı tədbirlər həyata keçirilir.

"Kommersant.az" xəbər verir ki, bu çərçivədə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yenidənqurma işləri sürətlə davam edir. Görüləcək işlərdən sonra benzin ilə yanaşı, "Avro -5" standartına cavab verən dizel də ölkəmizdə istehsal olunacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov açıqlamasında artıq bu yanacaqların istehsal tarixinin bəlli olduğunu deyib. İndiki mərhələdə Bakı Neft Emalı Zavodundakı layihələndirmə və mühəndislik işləri yekunlaşıb. Hazırda tikinti və icra işləri həyata keçirilir. Yaxın zamanda bitum qurğusu da istifadəyə veriləcək. Hazırda ölkədə yanacağa olan tələbatın 95 %-i SOCAR tərəfindən qarşılanır. Qalan 5 %-lik hissəni isə yüksək oktan ədədli yanacaqlar tutur ki, bu məhsullara da tələb böyük olmadağından idxal edilir. Amma zavodda aparılan yenidənqurma işlərindən sonra yüksək oktan ədədli yanacaqlar da ölkəmizdə istehsal olunacağından idxala ehtiyac qalmayacaq.