Son 2 ildə sahibkarlara dəyəri 2 milyarddan çox olan investisiya təşviqi sənədi verilib

03.06.2018 İqtisadiyyat
Son iki il ərzində Azərbaycan sahibkarlarına hökumət tərəfindən 271 layihə üzrə dəyəri 2 milyard manatdan çox olan investisiya təşviqi sənədi verilib.

"Kommersant.Az" vergiler.az saytına istinadla bildirir ki, ixrac təşviqi mexanizminin işə düşməsi sayəsində sahibkarların maliyyə imkanları yaxşılaşıb, yerli qeyri-neft istehsalının və qeyri-neft ixracının həcmi əhəmiyyətli dərəcədə artıb, ixracqabiliyyətli yeni məhsulların istehsalı və çeşidi yüksəlib.

Təkcə 2018-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 8 milyard 677 milyon dollardan artıq olub, mal mübadiləsində ixracın həcmi 5,6 milyard dollar təşkil edib. İxracda qeyri-neft məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 10 faizdən çox artıb.

Təşviq sənədi əldə etmiş sahibkarların böyük əksəriyyəti qeyri-neft məhsullarının ixracı ilə məşğul olanlardır. Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması, qida məhsullarının xüsusi nəqliyyat vasitələri ilə daşınması, bağçılıq, bostançılıq, çayçılıq, heyvandarlıq, sənaye üsulu ilə balıq yetişdirilməsi, qida məhsullarının və içkilərin, tütün məmulatlarının, toxuculuq sənayesi məhsullarının istehsalı ilə məşğul olanlar daha çox investisiyalarla təmin edilib.

  • Əvvəlki

    Bakıda 298,9 milyon manatlıq qida, içki və tütün məhsulları istehsal edilib

Digər xəbərlər