Milli Məclisin növbədənkənar iclasının gündəliyi müəyyənləşib

6 İyun 00:36 Sosial
Azərbaycan Milli Məclisinin iyun ayının 12-də keçiriləcək növbədənkənar sessiyada plenar iclasının gündəliyi məlum olub.

"Kommersant"ın məlumatına görə, iclasın gündəliyinə 23 məsələ daxildir. Bunlar “Təhsil haqqında”, Məşğulluq haqqında”, “Normativ hüquqi aktlar haqqında”, “Siyasi partiyalar haqqında”, “Dövlət rüsumu haqqında”, “Sərhəd qoşunları haqqında” və sair qanunlara, Əmək Məcəlləsinə dəyişikliklər, o cümlədən bir sıra dövlətlər ilə imzalanmış sənədlərin ratifikasiyasıdır.