Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 14 562 nəfər qeydiyyatdan keçib

3 İyul 11:35 Sosial
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə elektron ərizə ilə qeydiyyatdan keçənlərin sayını açıqlayıb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan "Kommersant"ın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə hazırda 14 562 nəfər qeydiyyatdan keçib.

Nazirlikdən onu da bildiriblər ki, vakant yerlər müsabiqənin test mərhələsi başa çatdıqdan sonra çıxarılacaq: “Qaydalara uyğun olaraq müsabiqənin vakansiya seçimi mərhələsi test imtahanları mərhələsindən sonra keçirilir”.

Qeyd edək ki, iyulun 2-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılıb. Bu proses iyulun 8-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. İyul ayının ikinci yarısında keçirilməsi nəzərdə tutulan test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

  • Əvvəlki

    Bu ilin 6 ayı ərzində ölkəyə nə qədər turist gəlib - RƏQƏMLƏR AÇIQLANDI

Digər xəbərlər

19 Oktyabr 20:35 Sosial
Azərbaycan 140 ölkə arasında 15-ci oldu
0 0
19 Oktyabr 18:19 Sosial
Azərbaycan energetikləri təltif edildi
0 0
19 Oktyabr 17:52 Sosial
Pensiyalar 9% artıb
0 0
19 Oktyabr 16:49 Sosial
Qidamız daha sağlam olacaq
0 0
19 Oktyabr 12:52 Sosial
Şənbə gününün - HAVA PROQNOZU
0 0