Alim Nəbiyev finalda erməni idmançıya uduzdu

3 İyun 15:45 İdman
İyunun 2-də Böyük Britaniyanın Birmingem şəhərində peşəkar kikboksçular arasında "Glory 54” turniri keçirilib.

"Kommersant"ınoxu.az-a istinadla məlumatına görə, Azərbaycanın və "Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev yarımorta çəki dərəcəsində final döyüşündə Belçikada yaşayan Ermənistan idmançısı Harut Qriqoryanla üz-üzə gəlib.

Beş raundluq döyüşdə hakimlər qələbəni erməni idmançıya verib.