DÇ-2018-də ilk yarımfinalçı müəyyənləşib

06.07.2018 İdman
Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ¼ final mərhələsinə start verilib.

Kommersant"ın məlumatına görə, Rusiyanın Nijni Novqorod şəhərində Fransa ilə Uruqvay yığmaları qarşılaşıb.

Qarşıdurma Fransanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Fransa yığması ½ finala vəsiqə qazanıb.