DÇ-2018: Fransa finaldadır

10.07.2018 İdman
Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının ilk yarımfınal oyunu keçirilib.

"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, Sankt-Peterburqda Fransa və Belçika komandaları arasında keçirilən oyunda fransızlar sevinib. Oyun minimal hesabla bitib – 1:0.
Matçın yeganə qolunu 51-ci dəqiqədə yarımmüdafiəçi Umtiti vurub.

Beləliklə, mundialın ilk finalçısı Fransa yığmasıdır. Onun rəqibə sabah Xorvatiya-İngiltərə oyununda qalib gələcək komanda olacaq.