"Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubu ilə ikiillik razılıq əldə edib

05.07.2018 İdman
“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Türkiyənin “Erzurumspor” klubu ilə anlaşıb.

"Kommersant" "Report"a istinadən xəbər verir ki, Bosniya və Herseqovina yığmasının qapıçısı razılaşmaya əsasən, 2 il Türkiyə təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, 2013-2018-ci illərdə “Qarabağ”ın formasını geyinən Şehiç daha əvvəl vətənində “Jelezniçar” və Türkiyədə “Mersin İdman Yurdu” komandalarının şərəfini qoruyub. “Erzurumspor” yeni mövsümdən etibarən Türkiyə Super Liqasında çıxış edəcək.