Apreldə Bakıda deflyasiya qeydə alınıb

04.06.2018 Statistika
Bu ilin aprel ayında mart ayına nisbətən Bakı şəhərində istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1% ucuzlaşıb.

Bakı Şəhər Statistika İdarəsindən "Kommersant"a verilən məlumata görə, bir ay ərzində o cümlədən ərzaq məhsullarının qiymətləri eyni səviyyədə qalıb, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2%, xidmətlər üzrə qiymətlər isə 0,1% ucuzlaşıb.