Bu il Azərbaycan hansı ölkələrdən turist qəbul edib? - AÇIQLAMA

5 Sentyabr 10:20 Turizm
Yay turizmi sona çatmaq üzrədir. Mövsüm ərzində Azərbaycan turist qəbulundə hansı yeniliklər yaşayıb?

"Kommersant.az"ın suallarını peşəkar turist bələdçisi(gid) Balaş Maqsudbəyli cavablandırıb. Onun sözlərinə görə, bu il Azərbaycana gələn turist sayında təxminən 10-15%-ə yaxın artım müşahidə olunub:

"Yay turizm mövsümü sona çatsa da, hesab edirəm ki, ilin sonuna qədər ölkəyə gələn turist sayı 4 milyona yaxın olacaq."

Peşəkar gid qeyd edir ki, Azərbaycana gələn turistlərin coğrafiyasında da yeniliklər baş verib. Belə ki, bura 14 saatlıq məsafəni qət edərək Avstraliyadan, Yeni Zelandiyadan, Kanadadan gələnlər də var:

"Bundan əlavə olaraq, Azərbaycana gələn turistlər, əsasən, Yaponiya, Rusiya, Almaniya, Səudiyyə Ərəsbistanı, Küveyt, Qətər və İraq vətəndaşlarından ibarət olub".